Siyasət 20:31 20.10.2020

Dövlət Baxçalı: "Dağlıq Qarabağ coğrafiyasında yazılan türk tarixidir" (FOTO)

Türkiyənin Milliyətçi Hərəkat Partiyası (MHP) lideri Dövlət Baxçalı növbəti dəfə Dağlıq Qarabağ uğrunda gedən döyüşlərdə Azərbaycana dəstəyini ifadə edib.

MHP sədrinin səsləndirdiyi fikirlər partiyanın rəsmi "Twitter” hesabında yerləşdirilib.

"Dağlıq Qarabağ coğrafiyasında yazılan türk tarixidir, tökülən türk qanıdır, fəda edilən türk canıdır, devriləcək və yerlə yeksan ediləcək işğalçı ünsür isə terror dövləti Ermənistandır”, - deyə D.Baxçalı bildirib.