Xəbər lenti

Dövlət Qulluğuna qəbul imtahanlarının nəticələri açıqlandı
Ölkə 12:35 19.12.2017

Dövlət Qulluğuna qəbul imtahanlarının nəticələri açıqlandı

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dekabr 17-də dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün imtahan keçirilib.

Mərkəzdən verilən məlumata görə, imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 3040 namizəddən 990 nəfər (32.6%) müvəffəqiyyət əldə edib.

İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş şəxlərdən 2207 nəfər ilk dəfə dövlət qulluğuna qəbul olmaq istəyən şəxslərdir. Onlardan 854 nəfər imtahanı müvəffəqiyyətlə verib.

İmtahanda iştirak edənlədən 833 nəfər isə məlumatları "Dövlət qulluqçularının reyestri" sisteminə daxil edilmiş şəxslərdən ibarət olub. Onlar müsabiqə və ya müsahibə yolu ilə işə qəbul edilənlər, müddətli əmək müqaviləsi və digər əsaslarla işə qəbul edilənlər və işdən azad edilənlər kateqoriyalarına bölünür.

İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçən I kateqoriyaya aid müsabiqə və ya müsahibə yolu ilə dövlət qulluğuna qəbul edilmiş şəxslərin sayı 105 nəfərdir. Hazırda bu şəxslər dövlət qulluğunda çalışırlar. Bu namizədlərdən 33 nəfər imtahandan uğurla keçib. Onlar müvafiq sertifikat əldə etməklə gələcəkdə daha yüksək vəzifələrdə çalışmaq imkanından istifadə edə bilərlər.

Müddətli əmək müqaviləsi və digər əsaslarla işə qəbul edilən şəxlərdən isə 550 nəfər imtahanda iştirak etmək üçün qeydiyyatdan keçib və onlardan 103 nəfər müvəffəqiyyət əldə edib.

İşdən azad edilənlər kateqoriyasına aid şəxslərdən 178 nəfər imtahanda iştirak etmək üçün qeydiyyatdan keçib, lakin heç bir namizəd tələb olunan minimal balı toplaya bilməyib.

Qeyd edək ki, dövlət orqanları tərəfindən müsabiqəyə inzibati icraçı vəzifələr üzrə (B növü) 1249 vakant vəzifə təqdim olunmuşdur və hazırda bu proses davam edir. Bu imtahandan uğur qazanan və sertifikat əldə edən şəxslər həmin vakant vəzifələr üzrə müsahibələrdə iştirak edə bilərlər.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->