Ölkə 11:27 05.02.2021

Dövlət Xidməti Kamil Zeynallı ilə bağlı məlumat yaydı

Bəzi sosial şəbəkə hesablarında və xəbər saytlarında Kamil Zeynallı adlı vətəndaşın Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırışı üzrə Dövlət Xidməti tərəfindən təltif olunması barədə həqiqətə uyğun olmayan məlumatlar yayılıb.

Qaynarinfo xəbər verir ki, bu barədə Dövlət Xidmətinin yaydığı açıqlamada bildirilib.

Açıqlamada qeyd olunub ki, həmin şəxs Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən heç bir medal və mükafatla təltif edilməyib.

Qeyd edək ki, tanınmış fitness məşqçisi Kamil Zeynallı sosial şəbəkə hesabında iki medalla təltif edildiyini açıqlayıb. O, qeyd edib ki, "Vətən naminə” və "Milli Ordu-100” medalı ilə təltif edilib:

"Cənab Prezident başda olmaqla, Hərbi Səfərbərliyin rəisi cənab general Arzu Rəhimov və onun birinci müavini cənab general Mayıl Şahverdiyevə təşəkkür edirəm. Etdiyim yardımlara görə iki medalla təltif olundum. Noldu içinizdəki məni qınayanlar və istəməyənlər? Noldu? Kamil Zeynallı mənəm”.