Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi Gürcüstana səfərə gedən nəqliyyat vasitələri sahiblərinə və sürücülərə müraciət edib.
İdarədən Qaynarinfo-ya bildirilib ki, Gürcüstannın Azərbaycandakı səfirliyinin məlumatına əsasən, 15 dekabr 2017-ci il tarixdə Gürcüstan ərazisində hərəkət edən xarici ölkədə qeydə alınan nəqliyyat vasitəsi sahibinin mülki məsuliyyətinin icbari sığortası haqqında qanun qəbul olunub, 26.01.2018-ci il tarixdə isə icbari sığorta üzrə öhdəliklərin yerinə yetirilməsi və anlaşılmazlıqların həlli üçün icbari sığorta mərkəzi yaradılıb.
K.Əliyev qeyd edib ki, bununla əlaqədar bu ilin martın 1-dən etibarən nəqliyyat vasitəsinin sahibi və ya sürücüsü Gürcüstan ərazisində olacağı bütün müddət ərzində öz mülki məsuliyyətini sığortalamalıdır: "Gürcüstan qanunvericiliyinə əsasən, cari il mart ayının 1-dən icbari sığorta müqaviləsi olmayan şəxslərin 100 laridən 200 lariyədək məbləğdə cərimə olunması nəzərdə tutulduğundan DİN Baş DYP İdarəsi Gürcüstana səfərə gedən nəqliyyat vasitəsi sürücülərinin və sahiblərinin diqqətinə çatdırır ki, Gürcüstan ərazisinə daxil olarkən gömrük məntəqələrində (Sarpi, Qırmızı Körpü, Kazbeqi, Sadaxlo) və digər sərhədlərə yaxın mərkəzi şöbələrdə (banklar, ödəniş qutusu, veb sayt və brokerlər məntəqələrində) həmin ölkədə qalacağı müddətə uyğun (15 gün, 30 gün, 90 gün, 1 il) sığorta paketini əldə etsinlər".
Şərhlər