Xəbər lenti

Əbədi həyatın sirri tapıldı
Ölkə 15:24 29.01.2013

Əbədi həyatın sirri tapıldı

Dünyanın ən məşhur alimlərindən biri, Google korporasiyasında elmi-perspektiv araşdırmalar departamentinin rəhbəri, futurist Rey Kurzvellin dediyinə görə, yaxın illərdə insanlara əbədi yaşamağa imkan verən texnologiyalar əldə ediləcək.

Bundan başqa, alim hesab edir ki, çox yaxınlarda insanlar ölmüş qohumlarını belə faktiki olaraq diriltmək imkanları əldə edəcəklər.

Milli.Az bildirir ki, Kurzvell "Nyu York Tayms"a verdiyi müsahibəsində bildirib ki, 15 ildən sonra insanların ömrünə hər il bir əlavə il qatmaq imkanları əldə ediləcək.

"Lakin gələcəkdə sizə zəng vuraraq "Bacardım, əbədiyyətə qədər yaşadım" deyə bilməyəcəyəm. Çünki sonsuzluq, əbədiyyət yoxdur. Gələcəkdə istehsal edəcəyimiz mikroskopik nanobotlar sayəsində insan vücudu da daxil olmaqla, hər şeyə yeni forma, düzən vermək mümkün olacaq. Mikroskopik nanobotlar 2050-ci ildə reallaşacaq. Lakin 2030-cu ildən etibarən immun sistemimizi gücləndirmək və xəstəliklərin yaranma səbəblərini məhv etmək üçün milyonlarla nanorobotu vücudumuza yerləşdirə biləcəyik", - Kurzvell söyləyib.

Onun sözlərinə görə, alimlər artıq indi siçanlarda 1-ci tip şəkərli diabet xəstəliyini qan hüceyrəsi boyda nanoqurğu vasitəsilə müalicə edə bilirlər.

Alim daha sonra bildirib ki, bu, faktiki olaraq əbədi həyatın sirrinin tapılmasıdır, çünki orqanizmdə sıradan çıxmış hüceyrələri yeniləməklə xəstəlikləri müalicə etməklə yanaşı, qocalma prosesini dayandırmaq və orqanizmi cavanlaşdırmaq mümkündür.

Alimin dediyinə görə, ailə və nikah münasibətləri də dəyişəcək."Mən artıq 37 ildir ki, evliyəm, nikahdayam. Arvadıma xəyanət etmək niyyətində də deyiləm. Fəqət, insan ömrü dəfələrlə artandan sonra bu problem yarana bilər və artıq indidən düşünməli, həll yollarını aramalıyıq", - Google-un texniki direktoru deyib.

Kurzvell daha sonra bildirib ki, 22 yaşında olan musiqiçi, dirijor atasını itirib və onu bir gün həyatda görmək istəyir: "2029-cu ildə kompüterlər emosiyalara malik olacaq, eynən insanlar kimi düşünməyə başlayacaq.

Kompüterlər yalnız işləmək, oyun oynamaq üçün vasitə olmayacaq. Onların da öz irədələri, xasiyyətləri, düşüncələri olacaq. Üstəlik, depressiyada olan insanı diriltməyin də mənası yoxdur, çünki o insan üçün dünya dəyişib və tanıdığı insanlar da artıq həyatda deyillər. Əminəm ki, 2045-ci ildə kompüterlərdəki hesablamalar dünyadakı bütün insan beyinlərindən ən azı 1 milyard dəfə güclü olacaq".

Alim daha sonra vurğulayıb ki, hazırda Massaçusets Texnologiya Universitetinin alimləri ilə birgə layihədə çalışır. Həmin layihə xərçəng xəstəliyinin tam müalicəsinə yönəlib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->