Xəbər lenti

Əbülfəs Qarayevin
Ekonomiks 13:19 06.12.2025

Əbülfəs Qarayevin "biznes imperiyası": Hotel, balıq, neft... (SİYAHI)

Jurnalist Cavanşir Həsənli keçmiş mədəniyyət naziri Əbülfəs Qarayevin illərlə gizlədilən biznes şəbəkəsi ilə bağlı araşdırma ilə çıxış edib. 

Qaynarinfo-nun məlumatına görə, Cavanşir Həsənlinin araşdırması göstərir ki, Qarayevin fəaliyyəti yalnız Panamadakı şübhəli şirkətlər və Xorvatiyadakı hotellə məhdudlaşmırmış. Keçmiş nazir Moskvada dəniz məhsullarından tutmuş neft və qaz ticarətinə qədər geniş bir biznes imperiyasının arxasında dayanıb. Onun  Moskvada "LEON BABY" və "MYASNAYA QARANT" kimi ticarət markaları var.

Jurnalist qeyd edib ki, nazir Moskvada təkcə balıq, molyusk, toyuq-cücə, deyil, həm də neft və qaz məhsulları satırmış:

"Həm də Əbülfəs Qarayev məhz nazir olduğu illərdə:

- 2004-cü ilin fevralında Panamada RİMBA SA şirkətini təsis edib;

- 2008-ci ildə Xorvatiyada  LK D.O.O. (LTD) şirkətini həyat yoldaşının adın təsis edib, Pula şəhərində o dövr üçün 1 milyon avro dəyərində olan "Amfiteatr" hotelini alıb;

- 2010-cu ildə həyat yoldaşı Lalə Kazimovanın adına KL BODRUM EMLAK TİCARET VE Sanayi LİMİTED ŞİRKETİ-ni təsis edib.

- 28 iyul 2010-ci ildə Moskvada "ÇƏHRAYI SUNK" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİnin (ООО "Розовый Скунс") təsisçisi kimi qeydiyyatdan keçib.

- 17 aprel 2012-ci ildə Moskvada fərdi sahibkar kimi qeydiyyata alınıb ( "qeyri-ixtisaslaşmış mağazalarda pərakəndə ticarət");

- 7 aprel 2014-cü ildə Moskvada GALS MMC-nin (ООО "ГАЛС")  rəhbəri olub;

- 12.01.2016-cı ildə fərdi sahibkar kimi fəaliyyətini dayandırıb;

- 23.06.2017-ci ildə Moskvada "GZK OIL" MMC-ni (ООО "ГЗК ОЙЛ") təsis edib;

- 18 may 2023-cü ildə  ÇE CORPORATION MMC-nin təsisçisi (ООО "КОРПОРАЦИЯ ЧЕ)

kimi qeydiyyatdan keçib. Buna qədər təsisçi qismində Əbülfəs Qarayevin təsisçisi olduğu "QALS" və "ÇƏHRAYI SUNK" MMC-lər  iştirak edib”.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->