Xərçəngin inkişafına səbəb ola biləcək qidalardan biri də ağ undur.
Qaynarinfo xəbər verir ki, bunu məşhur əczaçı Hüseyn Abdeh deyib.
Onun sözlərinə görə, ağ un kifayət qədər zəhərli xlor qazı ilə ağardılır:
"Tez-tez qənnadı məmulatlarının hazırlanmasında və çörək bişirilməsində istifadə edilən un yüksək qlisemik indeksə malik olduğu üçün təhlükəlidir. Onun istifadəsi qanda şəkərin miqdarını və insulin səviyyəsini artırır. Bundan əlavə, bu məhsulda orqanizm üçün faydalı mikroelementlər yoxdur, onlar əsasən emal zamanı çıxarılan buğda dənələrinin qabığında olur. Şişlərin inkişaf riskini azaltmaq üçün yüksək işlənmiş qidalardan qaçmaq və fiziki aktivliyi izləmək vacibdir. Daimi idman yalnız təhlükəli xəstəliyin qarşısını almağa kömək etməyəcək, həm də bədənin ümumi vəziyyətini yaxşılaşdıracaq".
Xəyal
Şərhlər