Ədalət Vəliyev daha bir partiya sədri ilə görüşdü

Ədalət Vəliyev daha bir partiya sədri ilə görüşdü

Prezident Adminstrasiyasının siyasi partiyalar və qanunverici hakimiyyət ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevlə Azərbaycan Yurddaş Partiyasının sədri Mais Səfərli arasında görüş keçirilib.

Qaynarinfo-nun məlumatına görə, görüşdə ictimai-siyasi vəziyyət, iqtidar-müxalifət münasibətləri, pandemiya ilə əlaqədar həyata keçirilən tədbirlər ətrafında fikir mübadiləsi aparılıb.

Ədalət Vəliyev qeyd edib ki, bu gün ölkəmizdə COVİD-19 pandemiyası dövründə ölənlərin sayı minimal səviyyədədir: "Cənab Prezident tərəfindən qəbul edilmiş müvafiq qərarlar nəticəsində koronavirusa yoluxmuş şəxslərin müalicəsi ödənişsizdir, müvafiq 10 müasir modul tipli xəstəxana tikilib, zəruri tibbi avadanlıqlar alınıb, qısa müddət ərzində ölkədə lazımi tibbi ləvazimatların istehsalına başlanılıb, həmçinin iqtisadi sabitliyin və məşğulluqla bağlı problemlərin həlli üçün dövlət dəstək proqramı həyata keçirilib".

PA-nın şöbə müdiri Ədalət Vəliyev siyasi partiyalarla görüşlərin ikinci mərhələsinə başladıqlarını və bunu davam etdirəcəklərini, hər hansı təklif irəli sürən siyasi təşkilat rəhbərlərini dinləməyə hazır olduqlarını, siyasi partiyalara yerlə, qurultayla bağlı problemlərdə yardımçı olacaqlarını bəyan edib.

Tərəflər hakimiyətin təşəbbüsü ilə başladılan siyasi dialoqun, bu istiqamətdə atılan ilkin addımların müsbət qiymətləndirməsi, eyni zamanda onun davamlı və dayanıqlı olmasının əhəmiyyəti barədə həmfikir olduqlarını bildiriblər.

  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR