Əfqanıstanın rabitə və informasiya texnologiyaları naziri Əmirzai Sanginin bir neçə gündür ki, ölkəmizə davam edən rəsmi səfəri bu gün başa çatıb.
Əfqan nazir Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində keçirilən görüşdə Əfqanıstanın milli peykinin buraxılması prosesinə toxunub. Bununla yanaşı nazir “İctnews”a verdiyi müsahibədə Əfqanıstanın Azərbaycanın milli peykindən istifadə imkanlarını dəyərləndirib: “Nazir Əli Abbasovla görüşümüzdə əməkdaşlığın mümkün ola biləcəyi bir neçə istiqamət haqqında danışdıq. Bunlardan biri də peykdən istifadə məsələsi idi. Düzdür, Əfqanıstan özünün peykini buraxmağa hazırlaşır, amma bu proses bir xeyli vaxt apara bilər. Bunun üçün bəlkə 2, bəlkə də 3 il tələb olunacaq. Ancaq Azərbaycanın peyki artıq orbitdədir.
Mən çox şad oldum ki, cənab Əli Abbasov bizə Azərbaycanın peykindən istifadə etməklə bağlı təklif irəli sürdü. Biz fikirləşirik ki, bu məsələni daha dərindən araşdırmaq və dəqiqləşdirmək üçün iki ölkə arasında birgə İşçi Qrup yaradacağıq. İşçi Qrup bu potensialdan necə istifadə olunması üzərində işləyib müəyyən qərarlara gələcək”.
Qaynar.info
Şərhlər