Əfqanıstanda qəzaya uğrayan təyyarə ilə bağlı yeni məlumatlar əldə olunub.
Qaynarinfo "Reuters"ə istinadən xəbər verir ki, təyyarənin vurulmasını Taliban hərbi quruplaşması öz üzərinə götürüb.
Əfqanıstanın yüksək vəzifəli şəxsinin Reuters-a verdiyi məlumata görə təyyarə mülki deyil ABŞ hərbi qüvvələrinə məxsus kəşfiyyat misiyası daşıyan bir təyyarə olub. Lakin dövlət rəsmisi təyyarənin hansı şəraitdə və necə vurulduğunu açıqlmayıb.
Onun sözlərinə görə təyyarədə yüksək rütbəli ABŞ zabitləri olub. Pentaqon da məsələ ilə bağlı rəsmi açıqlama yayıb və təyyarənin onlara məxsus olduğunu təsdiqləyib.
****
Əfqanıstanda qəzaya düşən təyyarənin görüntüsü yayılıb.
Qaynarinfo xəbər verir ki, görüntünü Sputnik Əfqanıstan saytı yayıb. Arian Hava Yolları qəzanın baş verməsini təkzib etsə də, şirkətin sədr müavini Məhəmməd Əziz Əzim təyyarədə 110 nəfərin olduğunu bildirib.
14.18
Əfqanıstanda Arian Əfqan Hava Yolları şirkətinə aid "Boeing 737-400" tipli sərinişin təyyarəsi qəzaya uğrayıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Reuters xəbər agentliyi məlumat yayıb.
Hadisə Talibanın nəzarətində olan Qəzni vilayətinin Deh Yak rayonunda baş verib. Təyyarənin düşdükdən sonra partladığı qeyd edilir. Hadisə yerinə xüsusi təyinatlı qüvvələr göndərilib.
İlkin məlumata görə, laynerdə 83 nəfər olub. Ölən və ya xəsarət alanlar barədə hələlik məlumat yoxdur.
Camal
Şərhlər