Xəbər lenti

Əfqanıstanda güclü zəlzələ: Bir neçə kənd dağılıb, 600 nəfər ölüb (YENİLƏNİB)
Dünya 10:48 01.09.2025

Əfqanıstanda güclü zəlzələ: Bir neçə kənd dağılıb, 600 nəfər ölüb (YENİLƏNİB)

Əfqanıstanın şərqində, Pakistanla sərhəd yaxınlığında baş verən 6 bal gücündə zəlzələ nəticəsində 600-dən çox insan ölüb, minə yaxın insan yaralanıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə "SKYNews" yazıb. Nəşrin məlumatına görə, bir neçə kənd tamamilə dağıdılıb.

"The Guardian" yazır ki, xilasedicilər sağ qalanları xilas etmək üçün dağılmış evlərdə axtarı aparır.

Ekspertlərin fikrincə, zəlzələnin ocağı cəmi 8 km dərinlikdə yerləşib. Belə səth titrəmələri adətən ciddi dağıntılara səbəb olur. 20 dəqiqə sonra eyni bölgədə 4,5 bal gücündə daha bir zəlzələ qeydə alınıb.

Səlahiyyətlilər deyirlər ki, çətin giriş-çıxış xilasetmə əməliyyatlarını çətinləşdirir və qurbanların sayı arta bilər.

Zəlzələnin baş verdiyi ərazidə ibtidai texnologiyalarla tikilmiş beton və kərpicdən tikilmiş azmərtəbəli binalar, həmçinin çiy və ağacdan tikilmiş evlər üstünlük təşkil edir. Bu, onları zəlzələlər zamanı xüsusilə həssas edir.
 
09.02

Əfqanıstanda zəlzələ nəticəsində azı 250 nəfər ölüb, 500-dən çox insan yaralanıb.

Qaynarinfo xəbər verir ki, bu barədə NBC telekanalı məlumat yayıb.

ABŞ Geoloji Xidmətinin məlumatına görə, zəlzələ yerli vaxtla bazar ertəsi gecə Pakistanla sərhədə yaxın Cəlalabad şəhərindən təxminən 20 km məsafədə 6 maqnitudada baş verib. Zəlzələ ocağı təxminən 8 km dərinlikdə yerləşib.

"Biz genişmiqyaslı xilasetmə əməliyyatına başlamışıq və yüzlərlə insanı zərər çəkmiş ərazilərin sakinlərinə kömək etmək üçün səfərbər etmişik", - ölkənin Səhiyyə Nazirliyinin sözçüsü Şərafət Zaman deyib.

Onun sözlərinə görə, zəlzələ ucqar dağlıq ərazidə baş verdiyi üçün "insan itkiləri və infrastruktura dəyən ziyanla bağlı dəqiq məlumat almaq vaxt

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->