Əfqanıstanın şimalındakı Kundz vilayətinin Xanabad rayonunda partlayış olub.
Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, yol kənarına quraşdırılan bomba sərnişin avtobusu keçən zaman partlayıb. Hadisə nəticəsində 7 nəfər həyatını itirib, 6 nəfər isə yaralanıb.
Bombanı Taliban militanlarının yerləşdirdiyi bildirilib.
Camal
Şərhlər