Xəbər lenti

Əfran İsmayılov "Bakı"ya keçə bilər
İdman 12:57 21.05.2013

Əfran İsmayılov "Bakı"ya keçə bilər

“Artıq yeni transferlərlə bağlı işlərə başlamışıq. Rəşad Abdullayevlə razılaşmışıq, bu gün müqavilə imzalayacağıq. Əfran İsmayılovun məsələsini isə 90 faiz həll etmişik”. 

Bu fikirləri apasport.az saytına açıqlamasında “Bakı”nın vitse-prezidenti Zeynal Məmmədov deyib.

Ötən çempionatı 5-ci yerdə başa vuran “zolaqlılar” növbəti mövsüm heyətindəki yerli futbolçuların sayını artırmağı qarşısına məqsəd qoyub.

Məmmədovun sözlərinə görə, cinah yarımmüdafiəçisi olan Rəşad Abdullayevlə Əfran İsmayılovun transferi ilə rəqabəti artırmaq fikrindədirlər: “Çempionat çox ağır olacaq. Mən Rəşada da inanıram, Əfrana da. Rəqabət olan yerdə futbol olacaq. Olmayan yerdə yox. Heç bir futbolçu mövqeyində özünü rahat hiss eləməyəcək. Rasim Ramaldanovu da istəyirdik, hələ 2 ay əvvəl danışmışdıq. Deyəsən, “Xəzər Lənkəran”a getdi. Yerli transferlərlə bağlı digər namizədlər var, hələ ad çəkmək istəmirəm. Danışıqlardan sonra bunlar aydın olacaq”.

“Bakı” rəsmisi müqaviləsi bitən kapitan Elvin Məmmədovun taleyinə hələ aydınlıq gəlmədiyini bildirib: “Onunla yeni müqavilə ilə bağlı danışıq olmayıb. Hər şey özündən asılıdır. Mən 2 ildə “Bakı”da Elvindən istədiyim oyunu görə bilmədim. Hələ dəqiq deyə bilmərəm ki, yerli futbolçulardan kimlər gedəcək. Ancaq onlardan da gedənlər olacaq”.

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->