İdman 11:30 19.03.2019

Əfran İsmayılov Türkiyədə əməliyyat olundu

"Sumqayıt"ın futbolçusu Əfran İsmayılov Türkiyənin paytaxtı Ankarada əməliyyat olunub.

Qaynarinfo xəbər verir ki, "Acıbadem" klinikasında Türkiyənin məşhur həkimi Mehmet Binnet tərəfindən aparılan əməliyyat uğurlu keçib.

İlkin məlumata əsasən, 31 yaşlı yarımmüdafiəçi 3 həftə yaşıl meydanlardan kənarda qalacaq.

Qeyd edək ki, Ə.İsmaylov Premyer Liqanın XXI turunda "Sabah"la səfərdə baş tutan matçda sağ ayağında problem yarandığı üçün əvəzlənib.