Xəbər lenti

Əfsanəvi futbolçu karyerasını bitirir
İdman 16:20 21.05.2024

Əfsanəvi futbolçu karyerasını bitirir

"Real Madrid" və Almaniya yığmasının yarımmüdafiəçisi Toni Kroos bu mövsümün sonunda peşəkar karyerasını başa vuracağını açıqlayıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə oyunçu "Instagram"da məlumat verib.

34 yaşlı yarımmüdafiəçi bildirib ki, onun son turniri iyunun 14-də Münhendə Almaniya - Şotlandiya matçı ilə başlayacaq Avropa çempionatı olacaq.

"Mənim peşəkar karyeram bu yay AVRO-2024-dən sonra başa çatacaq. "Real Madrid” mənim karyeramda sonuncu klub olub və belə qalacaq. Xoşbəxtəm və qürur duyuram ki, qərarımı elan etmək üçün düzgün vaxtı və yeri seçmişəm. Məqsədim həmişə karyeramı imkanlarımın zirvəsində bitirmək olub”, deyə Kroos bildirib.

Alman üçün "Real Madrid" forması ilə son matç iyunun 1-də Londondakı "Uembli" stadionunda keçiriləcək "Borussiya Dortmund"a qarşı Çempionlar Liqasının finalı oyunu olacaq.

Qeyd edək ki, Toni Kross əvvəllər "Bavariya" və "Bayer"də çıxış edib. 2014-cü ildən "Real Madrid" forması geyinən əfsanə klub karyerası ərzində 27 kubok qazanıb. O, həmçinin 2014-cü ildə Almaniya ilə dünya çempionu olub.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->