Foto 10:14 12.04.2019

Əfsanəvi türk futbolçu vəfat etdi (FOTOLAR)

 
Əfsanəvi türk futbolçu Can Bartu 83 yaşında vəfat edib.

Qaynarinfo xəbər verir ki, bu barədə "Fənərbaxça" klubu məlumat yayıb. 

Can Bartu idman karyerasına "Fənərbaxça"da basketbol oynayaraq başlayıb, daha sonra isə şansını futbolda sınayıb. O, 1955-1961-ci ildə klubun formasını geyinib. Türk futbolçu 1961-1967-ci illərdə İtaliyanın "Fiorentina", "Venezia" və "Latsio" klublarında çıxış edib. 1967-ci ildə "Fənərbaxça"ya dönən Can Bartu 3 il doğma klubunda oynayıb. O, "sarı-lacivertli" forma ilə 326 oyuna çıxıb və 162 qola imza atıb.

Bartu Türkiyə milli komandasında 28 dəfə forma geyinib və 6 qol vurub.

Gülşən