Xəbər lenti

Əhali bir ildə ərzaq, içki və siqaretə nə qədər pul xərcləyib?
Ekonomiks 21:43 14.02.2019

Əhali bir ildə ərzaq, içki və siqaretə nə qədər pul xərcləyib?

2018-ci ildə Bakıda ticarət dövriyyəsinin həcmi 2017-ci illə müqayisədə 3,8 faiz artaraq 20 milyard 797,3 milyon manat olub.

Qaynarinfo-nun məlumatına görə, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki illə müqayisədə 3,4 faiz artaraq 10 milyard 074,7 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 4,2 faiz artaraq 10 milyard 722,6 milyon manata bərabər olub.

İstehlak məhsullarının 23,6 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 64,0 faizi fərdi sahibkarlara məxsus olub.

Hesabat ilində elektron qaydada pərakəndə ticarət şəbəkəsində 36,6 milyon manatlıq və ya əvvəlki ilə nisbətən müqayisəli qiymətlərlə 20,4 faiz az istehlak məhsulları satılıb. Satışın bu növü vasitəsilə qeyri-ərzaq məhsulları realizə olunub.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->