Xəbər lenti

“Əhali düşündü ki, onlar qorxmursa, deməli, təhlükə də yoxdur...” – Covid-19
Ölkə 12:00 30.05.2020

“Əhali düşündü ki, onlar qorxmursa, deməli, təhlükə də yoxdur...” – Covid-19

"Əhalinin əksəriyyəti təhlükənin reallığını ciddi qəbul etmir”.

Qaynarinfo xəbər verir ki, bunu hüquq müdafiəçisi Əkrəm Həsənov deyib. Onun fikrincə, karantin rejiminin zəifləməsi yoluxanların sayının artması fonunda baş verir:

"Yəni, tərs mütənasiblik var! Məntiq yoxdur. Amma səbəb var: əhalinin əksəriyyəti təhlükənin reallığını ciddi qəbul etmir və rejimə riayət etmir. Bunun isə əsas səbəbi telekanallardır. Karantinin ilk günlərindən bildirmişəm ki, telekanallar siyasətlərini dəyişməli idi. Yeni verilişlərin çəkilişi (xüsusilə qonaqların dəvət edilməsi ilə) minimuma endirilməli idi. Üstünlük filmlərə və teletamaşalara verilməli idi. Amma belə olmadı”.

Əkrəm Həsənov qeyd edib ki, karantin dövründə televiziya kanallarında çal-çağırdan qulaq tutulurdu: 

"Əhali gördü ki, ən çox inandığı yerdə - TV-də əvvəlki kimi çal-çağır və dambadurumdur. Çoxları üçün elita televiziyaya çıxanlardır. Əhali düşündü ki, "onlar canı üçün qorxmursa, deməli, təhlükə də yoxdur...”

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->