Xəbər lenti

Əhalidən borcunu ödəmək üçün dövlətə yardım: 24 saatda 1,76 milyon...
Dünya 16:10 31.05.2018

Əhalidən borcunu ödəmək üçün dövlətə yardım: 24 saatda 1,76 milyon...

Malaziyada hökümət dövlət borcunu ödəmək üçün "Ümid Fondu" yaradıb.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, xalqın dəstəyini almağı nəzərdə tutan hökümət son 24 saatda 1,76 milyon ABŞ dolları toplamağı bacarıb. İqtisadiyyat naziri Lim Quan Enq bu hadisəyə münasibət bildirərək "Malaziya xalqı vətənsevərliyini bir daha göstərdi. Ölkəmizi yenidən inşa etmək üçün öz pullarından dövlətə yardım etdilər" fikrini səsləndirib. 

Qeyd edək ki, Malaziyanın sabiq prezident Nəcib Rezak dövründən qalan 252 milyard dollar borcu var. 

"Ümid Fondu" ölkənin yeni seçilən prezidenti Mahathir Məhəmməd tərəfindən yaradılıb.

Gülşən

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->