Xəbər lenti

Şəhid atası dünyasını dəyişdi
Ölkə 12:42 18.08.2025

Şəhid atası dünyasını dəyişdi

Bu gün şəhid Xəyal Məmmədovun atası Ağabəy Məmmədov 75 yaşında ürək tutmasından vəfat edib. 

Qaynarinfo xəbər verir ki, o, yaşadığı Şəki şəhərində dəfn olunacaq. 

Qeyd edək ki, Xəyal Məmmədov Vətən müharibəsində Cəbrayıl, Hadrut, Füzuli, Zəngilan və Qubadlı uğrunda gedən döyüşlərdə iştirak edib. 2020-ci il oktyabrın 20-də Qubadlı döyüşlərində snayper gülləsinə tuş gələrək şəhidlik zirvəsinə ucalıb. Ölümündən sonra "Vətən uğrunda", "Qubadlının azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə" medalları ilə,  3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->