Xəbər lenti

Şəhidlə bağlı görüntü paylaşaraq pul toplayan şəxs saxlanıldı
phrase_var_qaynar. 10:48 28.02.2025

Şəhidlə bağlı görüntü paylaşaraq pul toplayan şəxs saxlanıldı

Şəhidin adından istifadə edib pul yığan şəxs saxlanılıb.

Qaynarinfo DİN-ə istinadən xəbər verir ki, fevralın 27-də şəhidin adından istifadə edib pul yığılması barədə polisə məlumat daxil olub.

Pirallahı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla şəhidin adına videogörüntü paylaşılaraq pul toplanılması müəyyən edilib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən paytaxt sakini, 23 yaşlı Nəbi Cəfərov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.


Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->