"Mediamız bu gün Zəfərlə bağlı faktları işıqlandırır, fədakarlıq göstərən şəxsləri ictimaiyyətə tanıdır. Amma bu proses çox təkmil olmalıdır".
"Report"un xəbərinə görə, bunu Medianın İnkişafı Agentliyinin (MEDİA) icraçı direktoru Əhməd İsmayılov "Müharibədən sonrakı reallıqlar və media” adlı təlimdə deyib.
O vurğulayıb ki, jurnalistlər Vətən müharibəsində böyük fədakarlıq göstəriblər: "Hətta onların arasında şəhid olanlar da oldu. Mediamız peşakar davranmalıdır. Eyni zamanda, media nümayəndələrimiz zəruri məlumatlarla təmin edilməlidir. Jurnalistlərimizin fəaliyyəti ölkə sərhədləri ilə məhdudlaşmamalıdir. Çünki informasiya sərhəd tanımır. Bunun üçün isə xarici dilli jurnalistikanın inkişafına ehtiyac var".
Əhməd İsmayılov bildirib ki, məqsəd Azərbaycanda rəqəmsal medianı inkişaf etdirməkdir: "Sosial media da artıq keçmiş terminə çevrilib. Biz mediamızın rəqəmsallaşmasını təmin etməliyik. Artıq dünyada audiovizual və çap media rəqəmsallaşır. Mövcud islahatlar çərçivəsində ölkəmizdə buna nail olmağa çalışacağıq”.
Şərhlər