Əhmədzadənin keçirdiyi 210 min manatlıq tender ləğv olundu

Əhmədzadənin keçirdiyi 210 min manatlıq tender ləğv olundu

Sabirabad Mexaniki Suvarma İdarəsinin 09.01.2021-ci il tarixdə Tikinti materiallarının satınalınması ilə əlaqədar keçirilmiş açıq tender ləğv edilib.

Qaynarinfo xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinin 04.03.2021-ci il tarixli, AİBVD1015/015/3768 nömrəli məktubuna əsasən ləğv edilən tenderin yenidən keçirilməsi məqsədəmüvafiq hesab edilib.

Açıqlanan məlumatda tenderin hansı səbəbdən ləğv edildiyi bildirilməyib. 

Sözügedən 210 min 881 manat 3 qəpik məbləğində olan tenderin qalibi fiziki şəxs Rahib Ağamulla oğlu Əkbərov olub. 

Rahib Əkbərov son bir ildə Meliorasiya və Su Təsəsrrüfatı ASC-nin tabeliyində olan qurumların keçirdiyi satınalmalarda davamlı olaraq qalib elan olunur. Adıçəkilən fiziki şəxs ötən ilin 26 və 28 fevral tarixlərində Mərkəzi-Muğan Kollektorlarının İstismarı İdarəsinin cari təmir işləri üçün tikinti materiallarının satın alınması (275814.45 AZN) və əsaslı təmir işləri üçün tikinti materiallarının satın alınması (95397.03 AZN) tenderlərinin qalibi olub. Həmçinin, İmişli Suvarma Sistemləri İdarəsinin 24/02/2020 tarixində keçirdiyi və məbləği 287 min 244 manat 54 qəpik olan əsaslı və cari təmir üçün mal-materialların satın alınması müsabiqəsinin qalibi Rahib Əkbərov elan olunub. 

Tenderin şərtlərinə görə, 1000 m metal künclük 50x50, 450 şifer (dəmir) 2,0x0,90, 11 ton dəmir list 5 m/m, 25 qapı 2,0x0,90, 1000 kq elektord 4.0, 6 ton şveller F-14, 30 m(3) taxta 5x15: 3x15, 30 ton metal boru F-1020, 15 ton metal boruF-530, 3 ton rifli dəmir list 6 m/m, 2 ton dəmir list 12 m/m, 8 ton dəmir list 6 m/m, 1500 m(3 ) çınqıl beton 500 kq mismar 100: 150, 10 ton armatur, 10 ədəd pəncərə 1,50x1,50, 25 ədəd pəncərə 1,0x0,80, 350 kq boyaq ağ-qara, 200 ton sement400 marka tədarük olunmalı idi. 

Mediada yayılan məlumatlara görə, Rahib Əkbərov Sabirabad Rayon Maliyyə İdarəsinin müdiri Hüseynağa Gülüşovun bacısı oğludur. Onun tenderlərdə qalib gəlməsinin də səbəbi yüksək vəzifəli şəxsin qohumu olması ilə izah edilir.

Orxan Əhmədli

  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR