Xəbər lenti

Ekipajı yalnız istidən xilas etmir: Tanklarda kondisioner nə üçün lazımdır?
Dünya 21:44 08.09.2025

Ekipajı yalnız istidən xilas etmir: Tanklarda kondisioner nə üçün lazımdır?

İlk tanklar I Dünya müharibəsi dövründə meydana çıxanda ekipaj üçün heç bir rahatlıq şəraiti yox idi. O zaman döyüş texnikasında kondisioner təsəvvür olunmazdı. Avtomobillərdə soyutma sistemləri XX əsrin ortalarında peyda olsa da, tanklarda bu texnologiya xeyli gec tətbiq olunub.

Qaynarinfo xəbər verir ki, hazırda ABŞ-ın M1A2 Abrams tanklarının əksəriyyəti kondisionerlərlə təchiz edilib. Bu, 1995-ci ildə qəbul edilən M1A2 SEP modernizasiya paketi sayəsində mümkün olub. Həmin proqram çərçivəsində komandir interfeysi təkmilləşdirilib və ekipaj üçün soyutma sistemi quraşdırılıb.

Kondisionerlərin tanklarda əsas məqsədi rahatlıq təmin etmək deyil, mürəkkəb elektronikanı həddindən artıq qızmadan qorumaqdır. Hədəfləmə, naviqasiya və termal görüntüləmə sistemləri məişət texnikasından da tez qızır və bu səbəbdən soyutma xüsusilə isti iqlimdə həyati əhəmiyyət daşıyır.

ABŞ istehsalı Abrams-lardan başqa, Polşanın "Leopard 2PL "və Rusiyanın T-90MS tanklarında da kondisioner mövcuddur. Bütün bu texnika elektron sistemlərin fasiləsiz işləməsi üçün soyutmaya ehtiyac duyur.

"M1 Abrams" modellərində kondisioner həm də nüvə, bioloji və kimyəvi silahdan (NBK) müdafiə sisteminin tərkib hissəsidir. O, havanı filtrləyir və tank daxilində artıq təzyiq yaradaraq ekipajı xarici təhlükələrdən qoruyur.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->