Xəbər lenti

Əkrəm İmamoğlu ilə xanımının tanışlıq hekayəsi
Foto 23:34 17.06.2019

Əkrəm İmamoğlu ilə xanımının tanışlıq hekayəsi

İyunun 23-də İstanbulda keçiriləcək bələdiyyə seçkilərində iştirak edəcək CHP partiyasının namizədi Əkrəm İmamoğlunun xanımı Dilek Kaya Türkiyə mətbuatına müsahibə verib.

"Qafqazinfo” xəbər verir ki, o, müsahibəsində şəxsi həyatından, İmamoğlu ilə tanışlığından söz açıb.

Trabzonda doğulduğunu bildirən Dilek Kaya, orta məktəbi İstanbulda oxuyub. O, litseyi bitirdikdən sonra Əkrəm İmamoğlu ilə tanış olub və evlənib. Bu izdivacdan cütlüyün iki oğlu və bir qızı dünyaya gəlib.

Dilek Kaya evli ola-ola təhsilini davam etdirib. İlk oğlu Selim dünyaya gələndə isə universitetə qəbul olub. İkinci uşaqda magistratura, 3-cüdə isə doktoranturada oxuyub.

Dilek Kaya deyir ki, İmamoğlu ilə 1993-cü ildə bacısının toyunda tanış olublar. Əkrəm bəy Dilek xanımın qardaşının dostu imiş:

"Onu toya qardaşım dəvət etmişdi. Mən ortalarda gəzən bir qız idim. Sonra Əkrəm bəy bizim iş yerimizi ziyarətə gəlmişdi. Məni orada görüb təəccüblənmişdi. Məni işçi hesab edib, ailə dostumuzdan soruşmuşdu ki, "bu qızın burada nə işi var?” Ailə dostumuz da qəti şəkildə bildirmişdi ki, o qızla işin olmasın. Amma Əkrəm bəyə kim mane ola bilərdi ki? Sonra da tanışlığımız başladı”.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->