Siyasət 15:08 30.11.2020

Eks-nazir: “Ermənilər göstərilən tələbləri yerinə yetirməsələr...”

"Hesab edirəm ki, Lacının erməni işğalçılarından boşaldılmasında heç bir problem yaşamayacağıq".

Bunu Qaynarinfo-ya açıqlamasında eks xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Laçın rayonunun erməni işğalçılarından boşaldılmasından danışarkən deyib. Politoloqun fikrincə, Azərbaycan ordusu sənəddə göstərilən vaxtda Laçın rayonuna girməlidir:

"Əminəm ki, Azərbaycan tərəfinin bunu tələb etməyə haqqı var. Bu məsələdə heç bir problem olmamalıdır. Təbii, nəsə cığallıq etməyə çalışacaqlar. Amma sənəddə göstərilən tələbləri yerinə yetirməsələr, bu, faciəyə gətirib çıxarda bilər. Hətta bu barədə Rusiya prezidenti də onları məlumatlandırıb".

Tofiq Zülfüqarov Azərbaycanın bu məsələdə heç bir güzəştə getməyəcəyini vurğulayıb.

Qeyd edək ki, Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin noyabrın 10-da imzaladığı birgə bəyanata əsasən, 1 dekabra kimi Laçın rayonu  boşaldılaraq Azərbaycana təhvil verilməlidir.

Bahar Rüstəmli