Xəbər lenti

Eks-prezident Epşteyn işi ilə bağlı ifadə verəcək
Dünya09:30 03.02.2026

Eks-prezident Epşteyn işi ilə bağlı ifadə verəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ-ın sabiq prezidenti Bill Klinton və onun xanımı, sabiq dövlət katibi Hillari Klinton Ceffri Epşteyn işində ifadə verəcəklər.
Qaynarinfo xəbər verir ki, onlar Nümayəndələr Palatasının Nəzarət Komitəsi qarşısında çıxış etməyə razılıq veriblər.
Bundan əvvəl, Ceffri Epşteyn sağlığında istintaqa ifadəsi zamanı cinayət işində adı və fotoşəkilləri olan Bill Klintonla münasibətləri ilə bağlı sualları cavablandırmaqdan imtina etmişdi.
Müstəntiqlər Klintonun yetkinlik yaşına çatmayan uşaq və yeniyetmələrə qarşı cinsi istismarın baş verdiyi Epşteynin adasına baş çəkib-çəkmədiyini aydınlaşdırmaq istəyirlər.