Siyasət 00:11 23.03.2013

Eks-spikerdən Rəhim Qazıyev açıqlaması

“Rəhim Qazıyev bir çoxlarından fərqli olaraq bir sifəti olan, kifayət qədər obyektiv, vətənini, torpağını sevən bir adamdır. O istənilən hakimiyyətdə sözünü deyib və üstündə də dayanıb”. 

Bu fikirləri Azərbaycanın eks-spikeri, hazırda Amerikada mühacirət həyatı yaşayan Rəsul Quliyev sosial şəbəkələr vasitəsilə ona ünvanlanan sualları cavablandırarkən bildirib. 

Milli Məclisin sabiq sədri Azərbaycanın keçmiş müdafiə naziri Rəhim Qazıyevə qahmar çıxaraq onu vətənə xəyanətdə günahlandıran insanlara sərt cavab verib: “Rəhim Qazıyev bir çoxlarından fərqli olaraq bir sifəti olan, kifayət qədər obyektiv vətənini torpağını sevən bir adamdır. O istənilən hakimiyyətdə sözünü deyib və üstündədə dayanıb.Ona görə də faktiki olaraq onu heç bir hakimiyyət sevməyib. Guya torpaqları atıb, kiməsə peşkəş edib və ya separat danışıqlar aparıb kimi yalançı iddiaları ona yapışdırmaq mümkün deyildir. O, vəzifə naminə Azərbaycan xalqına xəyanət etməyi bacarmayan az saylı insanlardan biridir”.

R.Quliyev daha sonra onun Azərbaycanda müşavirinin olub-olmaması ilə bağlı sualı cavablandırıb. 

“Doğrusu əslində Azərbaycanda mənim müşavirim məsələsi partiya aktiv fəaliyyətə başlayandan sonra əhəmiyyətini itirib. Faktiki partiyanın hər bir aktiv üzvü mənim müşavirim funksiyasını yerinə yetirir. Mən partiyanın bəzi üzvülərinə həm də fərdi şəkildə müəyyən işləri tapşırıram. Liderin müşaviri vəzifəsi artıq yoxdur”, - deyə R.Quliyev bildirib. /modern.az/