Xəbər lenti

Əksər amerikalılar Ukraynanın Rusiya ilə müharibəyə səbəb olduğuna inanmır (SORĞU)
Dünya 15:42 05.03.2025

Əksər amerikalılar Ukraynanın Rusiya ilə müharibəyə səbəb olduğuna inanmır (SORĞU)

ABŞ vətəndaşlarının 70%-i Ukraynanın Rusiya ilə müharibənin başlanmasına görə məsuliyyət daşıdığı fikri ilə razılaşmır.  

Qaynarinfo xəbər verir ki, bu, Reuters/IPSOS sorğusunun görünür.  

Sorğuda iştirak edənlərin 70%-i Ukraynanın müharibənin başlanmasında əsas məsuliyyət daşıdığını düşünmür. Yalnız 7%-i bu fikri bölüşür, 23%-i isə ya cavab verməyib, ya da bu barədə fikri yoxdur.  

- Demokrat seçicilərinin 81%-i Ukraynanın müharibənin başlanmasına görə məsuliyyət daşıdığını qəbul etmir.  
- Respublikaçılar arasında bu göstərici 62%-dir.  
- Respublikaçıların 11%-i isə Ukraynanın daha çox günahkar olduğunu düşünür.  

Sorğu həmçinin göstərib ki, amerikalılar ABŞ-ın Ukraynaya yardım qarşılığında onun təbii sərvətlərində pay alması məsələsində fərqli mövqelər tutur. Bu mövqe ABŞ-ın keçmiş prezidenti Donald Tramp tərəfindən dəstəklənir.  

Xatırladaq ki, martın 4-də Ukrayna prezidenti Vladimir Zelenski sosial şəbəkədə uzun bir mesaj paylaşaraq ABŞ prezidentinin "güclü liderliyini" tərifləyib, ölkəsinin hərbi yardımına görə minnətdarlığını ifadə edib və fevralın 28-də Oval kabinetdə baş verən mübahisəyə görə məyus olduğunu bildirib.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->