Video 13:08 04.12.2020

Ekspert açıqladı: Müharibədə ən çox itkini harada vermişik? (VİDEO)

"Açıqlanmış itki sayımız sırf hərbi baxımdan, əməliyatların miqyasına, şiddətinə və nail olduğumuz nəticəyə görə məqbul sayıla bilər”.

Bu sözləri hərbi ekspert Nazim Bayram deyib. O bildirib ki, bu qələbə 1988-ci ildən verdiyimiz bütün şəhidlərimizin və günahsız qurbanların qanını aldı, onların nahaq olmadığını isbat elədi:

"Əsas itkilərimiz düşmənin, mina-məftillənmiş, beton istehkamlarla və enli və dərin xəndəklərlə möhkəmləndirilmiş birinci müdafiə xəttini yararkən verilmişdi. Belə bir hazırlıqlı düşmən müdafiəsini yarmaq üçün 3-4 dəfə çox itki verə bilərdik. Azərbaycan xalqı Vətən uğrunda verdiyi şəhidlərini heç vaxt unutmayacaq! Vətən sağ olsun!” //Redaktor.az