Xəbər lenti

Ekspert:
Ekonomiks 00:10 13.02.2018

Ekspert: "Kredit faizləri aşağı düşəcək"

"Mərkəzi Bank uçot dərəcəsini 15 faizdən 13 faizədək endirib. Uçot dərəcəsinin azaldılması depozit faizlərinin də aşağı düşməsinə səbəb olacaq. Bu isə o deməkdir ki, Əmanətlərin Sığortalanması Fondu da qorunan əmanətlər üzrə faiz dərəcələrini aşağı sala bilər".

Qaynarinfo xəbər verir ki, bu haqda iqtisadçı alim Vüqar Bayramov yazıb. Ekspert bildirib ki, uçot dərəcəsinin azaldılması iqtisadi baxımdan kredit faizlərini də aşağı salmalıdır:

"Təbii ki, bu, daha çox Mərkəzi Bankın mərkəzləşdirilmiş kredit bölgüsünün səviyyəsindən və bankların sağlamlaşdırılması üçün görülən işlərdən asılı olacaq. Son uçot dərəcəsinin aşağı salınmasına baxmayaraq, Azərbaycan Mərkəzi Bankı Tacikistan istisna olunmaqla, keçmiş sovet məkanında yenə də ən yüksək dərəcəyə malikdir. Deməli, Mərkəzi Bankın 2018-ci ildə yenidən uçot dərəcəsinə baxaraq dərəcəni aşağı salmasına ehtiyac var. Ən əsası Mərkəzi Bank və Maliyyə Bazarlarına Nəzarət Palatası azalan uçot dərəcəsi fonunda kredit faizlərinin də aşağı düşməsinə nail olmağa çalışmalıdırlar”.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->