Xəbər lenti

Ekspert:
Ekonomiks 16:52 21.04.2018

Ekspert: "Turizmin inkişafı üçün yeni konsepsiya və baxışa ehtiyac var"

Xəbər verdiyimiz kimi, dünən prezident İlham Əliyev Mədəniyyət və turizm sahəsində dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin əsasında Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi yaradılsın.

Turizmin ayrıca bir agentliyə çevrilməsi ölkədə nələri dəyişdirilməsinə hesablanıb və bu sahədə hansı boşluqlar var?
 
Prezidenti sərəncamını Qaynarinfo-ya şərh edən iqtisadçı-ekspert Natiq Cəfərli bu addımı müsbət dəyərləndirib və ölkənin turizm sahəsində kifayət qədər boşluqların olduğunu bildirib:

"Ayrıca bir Turizm Agentliyinin yaranması Azərbaycanda turizmin prioritet bir sahə elan olunması ilə əlaqədardır. Bir müddət öncə prezident çıxışlarının birində ölkəyə gələn xarici turistlərin qarşılaşdığı müxtəlif əngəllərlə bağlı tənqidi fikirlər səsləndirmişdi. Ondan sonra müəyyən dəyişikliyin olacağı ehtimalı yüksəlmişdi. Belə bir agentliyin yaradılması prioritet sahə elan olunan turizmdə olan maneələrin aradan qaldırılmasını, bir mərkəzdən idarə olunmanı və agentlik formasında fəaliyyət göstərərək daha çevik idarəçiliyi özündə etiva etməlidir.
 
Təbii ki, bu, rəhbər təyin olunacaq şəxsin komandasından, özünün şəxsi keyfiyyətlərindən də asılı olacaq. Hələ ki, biz buraya kimin rəhbər təyin olunacağını bilmirik. Amma həqiqətən də bu sahədə olan inzibati və digər problemlərin aradan qaldırılmasına, turizmin inkişafı üçün yeni konsepsiya və yeni baxışa ehtiyac var. Dünyanın inkişaf etmiş turistik ölkələrinə baxanda görürük ki, Azərbaycanda çatışmayan cəhətlər həddindən artıq çoxdur. Hostellərin sayı kifayət qədər deyil, 2-3 ulduzlu hotellərin sayı azdır və bunun üçün təşfiq proqramlarına ehtiyac var. Artıq dünyada turizmin profili dəyişib. Müasir turist, yəni Avropadan, Amerikadan, Yaponiyadan gələn turistlər bir gecə 7-8 saat yatmaq üçün 200-300 dollarlıq hotellərdə qalmaq istəmirlər. Yəni, onlar ucuz, səliqəli, təmiz yerlərdə qalmağa və vəsaitlərini əsasən əyləncə və tarixi abidələri gəzmək üçün sərf etməyə üstünlük verirlər.

Əgər agentliyin işi bu sahədə olan boşluqların aradan qaldırılmasına xidmət etmək olacaqsa, təbii ki, turizmin inkişafında da müəyyən rolu və dəstəyi hiss olunacaq".
 
Çingiz Səfərli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->