"Ölkəmizdə ürək xəstələrinin sayı durmadan artır. Bu xəstəliyin dərman müalicəsi effektiv olmur. Nəticədə əməliyyat şərt olur. Açıq ürək əməliyatlarının qiyməti 8-10 min manat və yuxarıdır”.
Qaynarinfo xəbər verir ki, bu sözləri iqtisadçı ekspert İlham Əzizov deyib.
O, ürək xəstələrinin cərrahi əməliyyatları ilə bağlı maraqlı təklif irəli sürüb:
"Aydın məsələdir ki, bu xərci çəkməyə ölkə insanının böyük hissəsinin imkanı yoxdur. Çox zaman bu, olmazın əziyyət və borc vasitəsilə başa gəlir. Yayqın hallarda isə vəsaitsizlikdən ölümlə nəticələnir. Təklif edirəm ki, bu xərcin 30 %-ini vətəndaş, qalan 70 %-ini isə Dövlət büdcəsi müalicə müəssisələrinə ödəsin. Bu əməliyyatların sayını və qiymətlərini nəzərə alaraq bildirmək istəyirəm ki, bu, Azərbaycan Respublikasının büdcəsi üçün böyük rəqəm deyil. Bu təcrübə qonşu Türkiyədə də var".
Məsələyə münasibət öyrəndiyimiz millət vəkili Aqil Abbas Qaynarinfo-ya açıqlamasında bunun hazırda keçid prosesində olduğumuz icbari tibbi sığorta sistemindən sonra mümkün olacağını deyib:
"Gələn ildən Azərbaycanda icbari tibbi sığortaya keçiləcək. Türkiyədə də bu sistemdir. Tibbi sığortaya keçiddən sonra məlum olacaq ki, məbləğin nə qədərini dövlət ödəyəcək, nə qədərini xəstə. Ürək xəstəsi olan bir adamın o qədər pulu tapıb ödəməsi qeyri-mümkündür. Gərək qohum-əqraba yığıla, köməkləşə. Bu vəziyyətdədirlər. İndi görək tibbi sığorta sistemi necə qəbul olunacaq, nizamnaməyə görə hansı imtiyazlar veriləcək. Ancaq mənim mövqeyim budur ki, təhsil və səhiyyə pulsuz olmalıdır".
Röya Kərimli
Qaynarinfo
Şərhlər