Ekvadorda küçələr cəsədlə doldu: sahib çıxan yoxdu (VİDEO)
Ekvadorun Quayaquil şəhərində xəstəxana və morqlarda yer olmadığı üçün koronavirus səbəbindən ölənlərin cəsədləri küçələrdə qalır.
Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, kovid-19 səbəbindən şəhərdə 145 nəfərin öldüyü bildirilir. Şəhərin bələdiyyyə sədri Sithiya Viteri evlərdə və küçələrdə qalan cəsədlərin çıxarılması barədə hökumətə çağırış edib və təcili tədbirlərin görülməsinin vacibliyini vurğulayıb. O, özünün də kovid-19 testinin müsbət çıxdığını açıqlayaraq, müalicə altına alınıb.
Digər tərəfdən hökumət görüntülərin internetdə yayılmasının ardından bölgəyə dəstək göndərmə qərarı alıb.
Qeyd edək ki, əhalisinin sayı 17 milyona yaxın olan Ekvadorda bu vaxta qədər 3368 nəfərin infeksiyaya yoluxduğu bildirilib.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər