İdman 17:15 21.10.2018

"El Klasiko"da 11 il sonra bir ilk olacaq

İspaniya La Liqasının "Barselona" - "Real" qarşılaşmasında 11 ildən sonra bir ilk yaşanacaq.

Qaynarinfo xəbər verir ki, 28 oktyabrda keçiriləcək "El Klasiko" matçı Lionel Messi və Kriştiano Ronaldunun iştirakı olmadan keçiriləcək.

Belə ki, Ronaldo mövsümün əvvəlində İtaliyanın "Yuventus" klubuna transfer olunub. Messinin isə ötən gün "Seviliya" ilə oyuna qolu qırılıb.

Qeyd edək ki, Messinin qarşıdakı 6 oyuna çıxa bilməyəcəyi deyilir.