Elazığda növbəti güclü zəlzələ

Elazığda növbəti güclü zəlzələ

Türkiyənin Elazığ şəhərinin Sivrice rayonunda saat 14:42-də 4, 2 bal gücündə zəlzələ baş verib.

Qaynarinfo xəbər verir ki, Fövqəladə və Təbii Fəlakətlər İdarəsi (AFAD) yeraltı təkanların 4.2, Qəndilli Rəsədxanası isə 4.5 maqnitudalı olduğunu açıqlayıb.

Dağıntılar və xəsarət alanlar barədə məlumat yoxdur.

Xatırladaq ki, yanvarın 24-də Elazığda baş vermiş 6,8 ballıq zəlzələ nəticəsində 41 nəfər ölüb, 1607 nəfər yaralanıb. 45 nəfər dağıntılar altından sağ çıxarılıb.

 
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR