Əlcəzairli idmançı İsrailə görə Tokio-2020-dən çəkildi

Əlcəzairli idmançı İsrailə görə Tokio-2020-dən çəkildi

Tokio-2020-də 73 kq çəki dərəcəsində yarışan əlcəzairli cüduçu Fethi Nurin maraqlı addım atıb.

Qaynarinfo "NTVspor"a istinadən xəbər verir ki, idmançı 1/16 final mərhələsində israilli rəqibi Tohar Butbulla görüşmək potensialını nəzərə alaraq yarışlardan çəkilib. İyulun 26-da 1/32 final mərhələsində Səudiyyə Ərəbistanı təmsilçisi Muhammed Abdalrasoolla yarışmalı olan Nurin bu addımı Fələstinə dəstək məqsədilə atıb. O, növbəti mərhələdə mümkün rəqibi olan israilli idmançı ilə qarşı-qarşıya gəlmək istəməyib.

Əlcəzairli cüdoçu püşkatmadan sonrakı açıqlamasında "Fələstinin mübarizəsi, mənim mübarizəmdən daha böyükdür" sözlərini söyləmişdi.

Səbuhi Həsənov
XƏBƏRLƏR
BLOGLAR
X