Sənət 10:56 04.02.2019

Elçin Hüseynbəylinin Qarabağ mövzusunda yeni kitabının təqdimatı olacaq

Bu il fevralın 6-da, saat 14.00-da Azərbaycan Yazıçılar Birliyinin "Natəvan” klubunda tanınmış yazıçı Elçin Hüseynbəylinin (Qaraçuxanın)  "Qarabağ hekayələri” silsiləsidən  "Gözünə gün düşür”  kitabının təqdimatı olacaq. 

Kitaba müəllifin Azərbaycan-Ermənistan, Qarabağ münaqişəsi (müharibəsi) ilə bağlı 16 hekayəsi, bir povesti və bir pyesi daxil edilib. 
333  səhifəlik, xüsusi dizaynlı kitabı "Yeni poliqrafist” nəşriyyatı çap edib.

Kitabın rəssamı Həsənağa Ədalət, redaktoru Dürdanə İbrahimova-Hüseynbəylidir.

Qeyd edək ki, daim Qarabağ mövzusuna müraciət edən müəllifin ilk hekayəsi "Küləkli çöl” adlanır və 1989-cu ildə qələmə alınıb. Hekayə 1991-ci ildə "Ədəbiyyat və incəsənət” qəzetində çıxıb. Son hekayə -   "Sevgiylə döyüşmək” ötən ilin aprelində nəşr edilib.

Kitab tədbir iştirakçılarına hədiyyə ediləcək.