Xəbər lenti

Eldar Həsənovun həbsi: son qərarı məhkəmə verir... – Millət vəkili
Ölkə 12:06 14.08.2020

Eldar Həsənovun həbsi: son qərarı məhkəmə verir... – Millət vəkili

"İstintaqa cəlb edilən şəxsin cinayətkar olub-olmaması ilə bağlı son qərarı məhkəmə verir”.

Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov Azərbaycanın sabiq Baş prokuroru, Azərbaycan Respublikasının Serbiya Respublikasında, Monteneqroda, Bosniya və Hersoqovinadakı səfiri Eldar Həsənovun həbsindən danışarkən deyib. Onun sözlərinə görə, Eldar Həsənova qarşı iri həcmdə dövlət vəsaitinin mənimsənilməsi, iqtisadi cinayətkarlıq məsələləri ilə bağlı ittihamlar irəli sürülüb:

"DTX-nin yaydığı bəyanatdan da məlum olur ki, Azərbaycan Respublikasının Serbiya Respublikasında, Monteneqroda, Bosniya və Hersoqovinadakı səfiri Eldar Həsənovun da fəaliyyətində məhz bu kimi cinayət tərkibli faktlar üzə çıxıb. Həmin faktlar əsasında, yəni ayrılmış böyük həcmli vəsaitin mənimsənilməsi, iqtisadi cinayətkarlıq məsələləri ilə bağlı ittihamlar var. Bu ittihamlar əsasında Eldar Həsənov saxlanılıb. Azərbaycan hüquqi dövlətdir, istintaqa cəlb edilən şəxsin cinayətkar olub-olmaması ilə bağlı son qərarı məhkəmə verir”.

Elman Nəsirov hesab edir ki, bunlar bütün məmurlar üçün bir daha dərs olmalıdır:

 

"Etimad edilmiş sahədə xalqına, dövlətinə ləyaqətlə xidmət etməyən şəxsləri eyni aqibət gözləyir. Yəni, bu icra başçıları, nazirliklərdə də olub, indi isə diplomatik korpusun nümayəndələri ilə bağlı anoloji hadisələrin baş verdiyini görürük. Vahid prinsip var. Xalqına, dövlətinə ləyaqətlə xidmət eləmək. Ölkə Prezidenti İlham Əliyevin hər bir məmur qarşısında qoyduğu məsələ budur. Olduqca aydın bir mövqedir. Belə olan vəziyyətdə kimlərsə dərs ala bilımir”. 
 
Qeyd edək ki, avqustun 13-də Azərbaycanın keçmiş baş prokuroru Eldar Həsənov həbs edilib. DTX-nin yaydığı məlumatda bildirilir ki, maliyyə yoxlamaları zamanı Azərbaycan Respublikasının Serbiya Respublikasında, Monteneqroda, Bosniya və Hersoqovinadakı səfiri Həsənov Eldar Hümbət oğlu tərəfindən xeyli miqdarda büdcə vəsaitinin təyinatı üzrə istifadə edilməməsi və digər qanun pozuntularının törədilməsinə dair əsaslı şübhələr müəyyən edilib. Aparılan istintaq çərçivəsində Eldar Həsənov şübhəli şəxs qismində saxlanılıb.

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->