Siyasət 13:18 26.06.2013

Eldar Namazov Azərbaycandan getdi

Milli Şuranın iclası təxirə salındı

“El” hərəkatının üzvü, Milli Şuranın İcra Aparatının sədri Eldar Namazov bu gün səhər Azərbaycanı tərk edib. O, Moskvaya yola düşdü”.

Bunu AzNews.az-a Milli Şuranın üzvü Köçəri Nağıbəyli bildirib. Onun sözlərinə görə, E.Namazovun Azərbaycanı tərk etməsində məqsəd Rüstəm İbrahimbəyovla görüşməkdir: “Bəzi məsləhətləşmələrə ehtiyac var. Onlar müzakirə olunmalı və qəti qərar verilməlidir. Ona görə bu görüş mütləq keçirilməlidir”.

K.Nağıbəyli onu da vurğulayıb ki, Milli Şuranın iyunun 28-nə təyin edilən sessiyası da təxirə salınıb: “İyunun 28-nə təyin edilən sessiyanın vaxtı dəyişdirilib. Ola bilsin ki, sessiya bir neçə gün təxirə salınsın”.

Qaynar.info