“Eldar Namazov ABŞ səfəri zamanı Dövlət Departamentində Milli Şura ilə bağlı mühüm görüşlər keçirəcək”.
Bu fikirləri Modern.az saytına politoloq Zəfər Quliyev üzvü olduğu Milli Şuranın İcra Aparatının rəhbəri Eldar Namazovun ABŞ səfəri ilə bağlı danışarkən bildirib.
Z.Quliyevin sözlərinə görə, Eldar Namazov Amerikada Konqresdə keçiriləcək dinləmələrlə yanaşı, Milli Şura ilə bağlı Dövlət Departamentində mühüm görüşlər keçirəcək.
Milli Şura üzvün sözlərinə görə, Eldar Namazovun Departamentdə görüşlərini ABŞ-ın Azərbaycandakı səfirliyi təşkil edib:
“Eldar Namazovun ABŞ Konqresində dinləmələrdə iştirak etdikdən sonra Bakıya qayıtmalı idi. Sonra ABŞ səfirliyi Dövlət Departamentindən gələn təklifə görə Eldar Namazovdan xahiş elədilər ki, səfəri bir gün uzatsın. Ona görə, Eldar Namazovun ABŞ-a səfəri bir gün uzadıldı. Səfərin uzadılmasının əsas səbəbi ABŞ-da bir sıra mühüm görüşlər keçirməkdir. Eldar Namazov konqresdə dinləmələrdən sonra Amerikada bir neçə analitik mərkəzlərin, beyin mərkəzlərinin nümayəndələri ilə görüşlər keçirəcək. Eyni zamanda Dövlət Departamentində rəsmilərlə görüş olacaq. Görüşlər Milli Şura ilə bağlı məsələlər müzakirə olunacaq”-deyə Z.Quliyev vurğulayıb.
Milli Şura üzvü bildirib ki, Eldar Namazov Rüstəm İbrahimbəyovun seçki qərargahının "yaradılması üçün iyulun 18-də Bakıya qayıdacaq.
“Bu görüşlər bizim üçün çox əhəmiyyətlidir. Baxmayaraq ki, Bakıda Eldar Namazovun işləri çoxdur, səfər iyulun 18-də başa çatacaq. Hazırda seçki qərargahının yaradılması ilə bağlı işlər dayandırılıb”.
Qeyd edək ki, Milli Şuranın İcra Aparatının rəhbəri Eldar Namazov iyulun 14-də ABŞ-a səfərə yola düşüb.
Qaynar.info
Şərhlər