Eldar Quliyev:

Eldar Quliyev: "Biz ermənilərlə birgə yaşaya bilərik"

"Azərbaycan nümayəndə heyəti Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin Baş Assambleyasının İrəvanda keçirilən toplantısında iştirak edib. Ancaq mən bu gün salonda erməni nümayəndələri görmürəm”.

Qaynarinfo APA-ya istinadən xəbər verir ki, bunu bu gün Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin 53-cü Baş Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü Eldar Quliyev bildirib. 

Dilqəm ƏsgərovŞahbaz Quliyevin hələ də girov saxlandığını nəzərə çatdıran E. Quliyev deyib ki, bu yaxınlarda Azərbaycan ordusunun zabiti təmas xəttində snayperlə vurulub:

"Ermənistan tərəfinin bu addımı qəbuledilməzdir. İndi Ermənistan tərəfi iddia edir ki, guya həmin zabiti Azərbaycan tərəfi özü vurub. Bu, absurddur. Bir müddət əvvəl bir əsgərimiz də vurulmuşdu. Biz əvvəllər birgə yaşamışıq, bundan sonra da yaşaya bilərik. Lazım olsa, sülhməramlı qüvvələr də bu prosesdə iştirak edə bilər”. 
XƏBƏRLƏR
BLOGLAR