Leonid Fedun “Lukoyl”un 11 min aksiyasına sahib çıxıb. Axar.az xəbər verir ki, bu barədə məlumat “Lukoyl”un mətbuat xidməti tərəfindən yayılıb. Vitse-prezidentin aldığı aksiyaların dəyəri 33,166 milyon rubl təşkil edib.
Qeyd edək ki, Lukoyl şirkəti milliyətcə azərbaycanlı olan Vahid Ələkbərova məxsusdur. Hazırda şirkət dünyanın müxtəlif yerlərində neft hasilatı ilə məşğul olur. Bununla bərabər, şirkətin bir sıra ölkələrdə yanacaqdoldurma şəbəkəsi mövcuddur.
Qaynar.info
Şərhlər