Xəbər lenti

Elektron hökümət- inkişafın yeni brendi (ARASDIRMA)
Ekonomiks 11:02 10.11.2014

Elektron hökümət- inkişafın yeni brendi (ARASDIRMA)


İlyasov Ramin Adgözəl oğlu
Azərbaycan Respublikası Vergilər Nazirliyinin əməkdaşı, Dövlət vergi müfəttişi
[email protected]

1.Elektron hökumət nədir?

Marketinqdə yeni innovativ məhsul və xidməti simvolizə edən markaya “Brend” deyilir. Brend adətən inkişafı simvolizə edir. Uzun dövr ərzində dövlətin inkişafını müxtəlif amillərlə ölçürdülərsə indi bu inkişaf “Elektron hökumət”in inkişaf dərəcəsi ilə ölçülür. Çünki “Elektron hökumət”in inkişafı müsair dövrdə elə dövlətin inkişaf dərəcəsini təcəssüm etdirir. Artıq “Elektron hökumət” bir brendə çevrilib – İnkişaf  brendinə.
Bu gün “Elektron hökumət” termininə müxtəlif yanaşma var: kimsə onu dövlət idarəetməsinin yeni konsepsiyası kimi, kimi də texnologiyanın inkişafının yeni mərhələsi kimi görür. Bir çox hallarda isə elektron hökumət dövlət orqanlarının informasiya komunikasiya texnologiyalarının strukturuna kömək kimi görürlər. Lakin dəqiqləşdirmək lazımdır ki, elektron hökumət mövcud olmuş inzibati idarəetmə sisteminin yenidən təşkili deyil, o həm də dövlətin idarəetmə prinsiplərinin, konsepsiyasının, istiqamətinin yenilənməsidir. İlk öncə də inzibati idarəetmənin obyektivliyinin artırılmasıdır.

“Elektron hökumət” konsepsiyasında bütün idarəetmə orqanları vətəndaşlara xidmət edən vahid orqan kimi fəaliyyət göstərir. Hökumətin fəaliyyəti çox açıq və aşkar olmalıdır. Əsas diqqət göstərilən xidmətlərin sürəti və  keyfiyyətinə yönəldilməlidir. Bütün bunlar həm vətəndaşa yüksək xidmət səviyyəsinin, həm də hökumətin idarəetməsinin yüksədilməsinə xidmət edir.

Elektron hökumət (e-hökumət) – informasiya cəmiyyətinə xas olan dövlət idarəçiliyidir. O, informasiya-telekommunikasiya texnologiyalarının (İKT) imkanlarına və vətəndaş cəmiyyətlərinin dəyərlərinə əsaslanır. Vətəndaşların tələbatlarına, iqtisadi effektivliyə, vətəndaş nəzarəti üçün açıq olmasına və təşəbbüsə yönəlik olması ilə xarakterizə olunur. Müxtəlif ölkələrdə, ilk növbədə ABŞ-da və Böyük Britaniyada e-hökumətə ümumilikdə dövlətin fəaliyyətinin effektivliyinin artırılmasına yönəlmiş bir konsepsiya kimi baxılır. Başqa sözlə desək e-hökumətin mahiyyəti onda ibarətdir ki, müxtəlif pilləli dövlət strukturları müasir informasiya texnologiyalarından istifadə edərək istehlakçılara bilavasitə informasiya və xidmət təklif edir. E-hökumətin təklif etdiyi xidmətlərin istehlakçıları vətəndaşlar, qeyri-dövlət təşkilatları və ya dövlət strukturları ola bilərlər.

Elektron hökumətin funksional əhatə dairəsini əsas 3 hissəyə ayırmaq olar: idarəedici dövlət orqanı ilə hökümət  ( hökümətin fəaliyyəti üçün həmin idarəedici orqanlar üçün imkanların yaradılması), vətəndaşlar ilə hökümət (hökümət xidmətlərinin əhali üçün təqdim edilməsi) və biznes ilə hökümət ( hüquqi subyektlər üçün hökümət xidmətləri). Bunlara uyğun aşağıdakı  abreviaturalar qəbul olunub: G2G (government to government); G2C (government to citizen); G2B (government to business) .

G2G qaşılıqlı əlaqəsi təkcə bir dövlətin ərazi daxilində yox, həm də bir dövlətlə digər dövlət arasında gedə bilər. Artıq bəzi beynəlxalq təşkilatlar dövlətlərarası əlaqələrin müxtəlif formaları üçün sənədlərin formasının standartlaşması işini aparır, məsələn UN ECE (United Nations Economic Commission for Europe - BMT-nin Avropa İqtisadi Komissiyası) XML əsasında UNeDocs beynəlxalq ticarət üçün standart sənədləri hazırlanmışdır. UNeDocs haqqında mübadilə iştirakçıları müxtəlif ölkələrin gömrük orqanları ola bilər.

Elektron hökumət informasiya – kommunikasiya vasitələrindən istifadə etməklə dövlətin idarə  olunmasıdır və bu 3 formada təzahür olunur:

-    Elektron idarəedici orqan

-    Elektron parlament

-    Elektron məhkəmə

Ümumilikdə e-idarəetmənin 4 sahəsini ayırmaq olar:

1.    Elektron xidmətlər ( e-services). Göstərilən termin altında dövlətin elektron məlumat, proqram, strategiya və xidmətləri nəzərdə tutulur. Onlar həftədə 7 gün, sutkada 24 saat işləkdirlər. Bura həmçinin xidmətlərin elektron təqdimi, elektron administrasiya və “bir pəncərə” daxildir.

2.    Elektron menecment (e-management). Buna daxili informasiya sistemini idarə edən, departamentlərarası elektron sənəd mübadiləsini həyata keçirən dövlət hakimiyyət sistemləri daxildir. Elektron idarəetmə köhnə idarəetmə üsulundan imtina etməklə vətəndaşlar üçün daha təkmil və bitərəf sistem yaradılmasını tələb edir.

3.    Elektron demokratiya ( e-democracy). Elektron hökumətin bu növünü təmin etmək və saxlamaq daha çətindir. Elektron demokratiya özündə elektron vasitələrdən istifadə etməklə dövlət siyasətini daha təkmil idarə etməyə və dövlət işlərində elektron vasitələrin köməyi ilə iştirak etməyə imkan verir (Məsələn, elektron səsvermə və s.)

4.    Elektron kommersiya (e-commerce). Elektron kommersiya vətəndaşlara öz vəsaitləri ilə dövlətdən mal və xidmət almağa təklif edir. Məsələn vətəndaşlara vergi borcunu, mənzilinin kommunal xərclərini ödəməyə, nəqliyyat vasitələrinin qeydiyyat məsələri ilə bağlı əməliyyat aparmağa imkan verir. Dövlət də öz növbəsində vətəndaşlardan özünə lazım olan xidmətləri ala və tender müqavilələrini bağlaya bilər.

Məqalənin davamını BU LİNKDӘN yükləyin

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->