İdman 13:45 17.06.2022

Ələskərovdan "Bursaspor"a: "Səhvlərim olubsa, bağışlayın"

Millimizin üzvü Namik Ələskərov Türkiyənin "Bursaspor" klubu və azarkeşlərlə vidalaşıb.

Qaynarinfo xəbər verir ki, "Sabah"a keçən 27 yaşlı yarımmüdafiəçi bununla bağlı şəxsi instaqram səhifəsində paylaşım edib.

Təcrübəli oyunçu Bursa təmsilçisi ilə unutulmaz mövsüm keçirdiyini bildirib:
 
"Nəticə istədiyimiz kimi olmasa da, komandanın uğur qazanması üçün əlimdən gələni etməyə çalışdım. Səhvlərim olubsa, bağışlayın. "Bursaspor"un ən qısa zamanda layiq olduğu yerlərə gələcəyinə əminəm. Nəticədə qaydalara görə, klubdan ayrılmaq məcburiyyətində qaldım. Rəhbərliyə, məşqçilər və işçi heyətinə, xüsusilə də azarkeşlərə sonsuz təşəkkürümü bildirirəm".

Ələskərov "Sabah"la 3 illik müqavilə imzalayıb.
 
Səbuhi Həsənov