İdman 28.01.2022

Ələskərovun qiyməti yüksəlib, "Bursaspor"un dəyəri azalıb

Mövsümün əvvəlində 14 milyon 600 min avro (221 milyon TL) bazar dəyəri olan "Bursaspor"da bu sahədə ciddi eniş yaşanır.

Qaynarinfo "Milliyet"e istinadən xəbər verir ki, "Timsahlar"ın indiki dəyəri 10 milyon 400 min avroya düşüb. İtki isə 4 milyon avro olub.

Bu mövsüm Superliqaya iddialı olsa da "Bursaspor" gözləntilərdən xeyli aşağı çıxış etdi. "Yaşıl-ağlar" etdiyi transferlərlə ən iddialı komandalardan olsa da "Transfermarkt" saytı "Bursaspor"un qiymətinin düşdüyünü açıqlayıb. 

10 milyon 400 min avro heyət dəyərinə sahib olan "Bursaspor"un qiymətdə ən çox eniş yaşayan futbolçusu isə Tim Matavzdır. 34 yaşlı futbolçunun dəyəri 1 milyon 800 min avrodan 650 min avroya düşüb.

"Bursaspor”un hazırkı ən dəyərli oyunçusu olan Massimo Brunonun qiyməti hazırda 800 min avrodur. Bu futbolçu mövsümün əvvəlində 1 milyon 500 min avro dəyərində qiymətləndirilirdi.

Millimizin üzvü Namik Ələskərov da yay fasiləsindən etibarən "Bursaspor"un formasını geyinir. Hazırda futbolçumuz "Transfermarkt"da 575 min avro dəyərində qiymətləndirilir. Ötən ilin oktyabrında Ələskərovun qiyməti 525 min avro idi. 

Səbuhi Həsənov

Sorğu

Son dövrlərdə qeydiyyata alınmış partiyalardan hansının fəaliyyətini müsbət qiymətləndirirsiniz?