Xəbər lenti

İdman 11:05 20.07.2023

Ələskərovun sabiq klubu Türkiyə çempionatlarından kənarda qaldı

"Sabah"ın və millimizin üzvü Namik Ələskərovun da əvvllər formasını geyindiyi "Bursaspor", keçmiş prezidenti Ali Ayın dönəminə aid 57 milyon lirə borcuna görə lisenziya ala bilmədiklərini açıqlayıb.

Qaynarinfo-nun məlumatına görə, "timsahlar" bu səbəbdən heç bir liqada mübarizə apara bilməyəcək. Baş məşqçi Ərtoğrul Sağlamın rəhbərliyi altında "Bursaspor" 2009-2010 mövsümündə 75 xalla çempionluq qazanaraq, tarixinin ən böyük uğurlarından birinə imza atmışdı. 

Klubdan verilən rəsmi açıqlamada "Sabiq prezidentlərsən olan Ali Ayın CAS-a ödənilməli olan transferlərin siyahısı belədir. Bu rüsumların cari məzənnəsi 57 036 775 TL-dir. Klubumuzun transfer qadağasının məhz bu dövrlə bağlı olduğu açıq-aydın görünür. Üstəlik, klubumuz bu yanlış gedişlərə görə lisenziya ala bilmir", deyilib.

2021-ci ildə "Neftçi"dən "Bursaspor"a transfer olunan Ələskərov 2022-ci ildə Azərbaycana qayıdaraq "Sabah"la müqavilə imzalayıb.
 


Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->