Ölkə 15:45 01.12.2021

Ələt-Astara yolunda ağır qəza: Beş nəfər yaralandı

Ələt-Astara yolunda baş verən ağır avtomobil qəzası nəticəsində Kliniki Tibbi Mərkəzə müxtəlif bədən xəsarətləri ilə beş nəfər daxil olub.

Mərkəzdən Qaynarinfo-ya verilən məlumata görə, təcili tibbi yardım avtomobili ilə gətirilən hər bir yaralıya dərhal ilkin tibbi yardım göstərilib.

Yaralıların siyahısını təqdim edirik:

2020-ci il təvəllüdlü Məryəm Əlizadə

2018-ci il təvəllüdlü Zeynəb Əliyeva

1998-ci il təvəllüdlü Simuzər Əliyeva

1978-ci il təvəllüdlü Gültəkin Bayramova

1970-ci il təvəllüdlü Aybəniz Çağlar