Əlillik dərəcəsi düzəltmək adı ilə növbəti dələduzluq cinayəti üzrə məhkəmə prosesi başa çatıb.
Qaynarinfo xəbər verir ki, bu iş üzrə zərərçəkmiş II Qarabağ savaşının iştirakçısıdır.
Müharibədə yaralanan zərərçəkmiş əlillik dərəcəsi almaq istəyib. Təsadüfən tanış olduğu Əlibala adlı şəxs ona bu işdə yardım edəcəyini bildirib.
İş materiallarından aydın olur ki, Əlibala zərərçəkmişdən 8400 manat pul alıb. Lakin verdiyi vədi yerinə yetirməyib.
Təqsirləndirilən şəxs məhkəmədə verilmiş ittiham üzrə özünü təqsirli bilsə də, ifadəsindən belə məum olub ki, onun özünü də aldadıblar.
Bununla belə Binəqədi Rayon Məhkəməsi onu Cinayət Məcəlləsinin 178.1 (Dələduzluq) və 178.2.4-cü (Dələduzluq - xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə təqsirli bilərək 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edib.
Onun şübhəli şəxs qismində saxlanıldığı 2 gün azadlığın məhdudlaşdırılması cəzasının 4 gününə bərabər tutularaq verilən cəzadan çıxılıb və üzərində qəti olaraq 2 il 5 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.
Seyid
Şərhlər