Ölkə 12:44 12.04.2019

Elina üçün anım aksiyası keçirildi (FOTO/VİDEO)

Bu gün aprelin 4-də özünü Bakıda yerləşən 162 saylı orta məktəbin 3-cü mərtəbəsindən ataraq intihar edən 8-ci sinif şagirdi Elina Hacıyevanın xatirəsi anılıb. 

Qaynarinfo news24.az-a istinadən xəbər verir ki, məktəbin həyətinə səhər saatlarından etibarən onlarla insan toplaşaraq Elinanın ölümündən təəssüf hisslərini ifadə ediblər. İştirakçılar məktəbin darvazasına yumşaq oyuncaqlar, güllər qoyaraq Elinanın xatirəsini yad ediblər. 

Toplaşanlar arasında Elinanın sinif yoldaşları, şagirdlər, onun dostları olub.